Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuraya yeni sədr seçilib - FOTO

Baxış: 278
İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib.
İctimai Şura üzvlüyünə seçkilərin təşkili məqsədilə yaradılmış seçki komissiyasının sədri, İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev Şuraya seçkilərin qaydalara uyğun təşkili üçün lazımi şəraitin yaradıldığını, seçkilərin ədalətli və şəffaf keçirildiyini diqqətə çatdırıb. Seçki komissiyasının sədri Şura üzvlərini təbrik edib, Nazirliklə əməkdaşlıqda uğurlar arzulayıb.
Sonra Şura üzvlərinin iştirakı ilə İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədrinin, sədr müavininin və katibinin seçilməsi üçün səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin Həmkarlar İttifaqını təmsil edən Ədalət Muradov sədr, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev sədr müavini, “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Fərhad Qaraşov isə katib seçilib.
Tədbirdə İctimai Şuranın reqlamentinin, Tədbirlər Planının hazırlanması, kommunikasiyasının qurulması, fəaliyyətinin nəticəyönümlülüyünün və hesabatlılığının təmin olunması və s. məsələlər barədə müzakirələr aparılıb.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.