Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qarabağ erməniləri İrəvandan gələn deputatları daşlayıblar

Baxış: 262
Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasından Xankəndinə səfərə gələn bir qrup deputat yerli sakinlərin “qonaqpərvərliyi” ilə üzləşib.
“Qraparak” qəzetinin məlumatına görə, ölən erməni əsgərlərinin valideynlərinin bir qrupu daş parçaları ilə silahlanaraq, deputatların qaldığı mehmanxanaya daxil olub və millət vəkillərinə hücum çəkiblər. Onlar deputatların Qarabağa gəlməyə haqları çatmadıqlarını bəyan ediblər.
Daha sonra əsgər yaxınları deputatların hərbçilərin basdırıldığı qəbiristanlığı ziyarət etmələrinin qarşısını alıblar. Hərçənd, sonradan “qonaqlar” gücləndirilmiş mühafizə və yerli hakimiyyət orqanları nümayəndələrinin müşayətilə nəzərdə tutulmuş ziyarəti gerçəkləşdiriblər.
Mənbə: “Armeniasputnik”

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.