Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gəncə Qarnizonunda Türkiyənin Zəfər bayramı ilə əlaqədar tədbirlər keçirilib - FOTO

Baxış: 342

İllik tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Zəfər bayramının və Silahlı Qüvvələrinin 99-cu ildönümü ilə əlaqədar mədəni-kütləvi tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mərkəzin təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində hərbi qulluqçular üçün Türk Ordusunun generalı, Qafqaz İslam Ordusunun  komandanı Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyinə ekskursiya təşkil edilib, eləcə də Türkiyə Cümhuriyyətinin qurucusu və banisi Mustafa Kamal Atatürkün həyat və fəaliyyətinə dair film təqdim olunub.
Nuru Paşanın Gəncə şəhərində yerləşən ev-muzeyində nümayiş edilən və iki qardaş xalqın tarixini, dostluq əlaqələrini, o dövrün tarixi hadisələrini özündə əks etdirən eksponatlar barədə ətraflı məlumatlar əsgərlərin marağına səbəb olub.
Qardaş Türkiyə Respublikasının şanlı Zəfər bayramına həsr olunan tədbirlər şəxsi heyət tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb.







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.