Day, Month 00, Year
00: 00: 00 AM
Tağı Əhmədov vəfat etdi

22:12 / 18-10-2024

Bəhram Bağırzadə: “Genetika güclü bir şeydir və bununla mübahisə etmək olmaz!” - VİDEO

 Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə özünün “Facebook” səhifəsində Xəzər dənizinin sahilindəki zibil tullantılarını videoya çəkərək ictimaiyyətə müraciət edib.  
“Dənizi zibilləməyin. Axı, bu dəniz bizim sərvətimizdir”, - deyə tanınmış aktyor videoda bildirib.
Bəhram Bağırzadə həmçinin bu gün avtomobili ilə bağdan şəhərə doğru hərəkət edərkən sürücülərdən birinin mənfi davranışını təsvir edib:
“Qarşımdakı maşının pəncərəsindən zibil atıldığını gördüm. Xeyr, bu nə siqaret kötüyü, nə konfet kağızı, nə də boş bir şüşə butulkası idi. Bu, zibil dolu bir sellofan idi!”, - B.Bağırzadə vurğulayıb.
Fikrinin davamında aktyor özünə nə zamansa belə bir davranışa yol verib-vermədiyini sual edib.
“Düşündüm, xatırlamağa çalışdım və özümə vicdanlı bir cavab verdim – xeyr. Düşüncələrim daha da uzağa getdi – niyə yox, sən məgər xüsusi bir insansan, hamıdan fərqlisən?  Xeyr, mən bütün mənfi və müsbət cəhətlərimlə adi bir insanam, amma kənara zibil atmaq mədəniyyətsizliyindən əziyyət çəkmirəm. Və ona görə yox ki, mən xüsusiyəm! Ona görə ki, mənim nənəm və babam, anam və atam xüsusi insanlar idilər. Onlar bizə nə evi, nə küçəni, nə də başqa yeri zibilləməyə icazə verirdilər və uşaqlar həmişə şüuraltında evdə gördüklərini təkrarlayırlar. Genetika güclü bir şeydir və bununla mübahisə etmək olmaz!” – Bəhram Bağırzadə gördüyü neqativ mənzərəni təsvir edərkən yazıb.

 


Tarix: 30-08-2021, 15:53 Oxunub: 150


Bölməyə aid digər xəbərlər