22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Azərbaycandan Rusiya Federasiyasına pomidor ixracı zamanı iki təsərrüfata məxsus beş məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu, digər iki təsərrüfata məxsus iki məhsul partiyasında isə pepino mozaik virusunun aşkarlanması ilə bağlı Rusiyanın müvafiq qurumu tərəfindən daxil olan bildiriş əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kompleks tədbirlər həyata keçirilib.
Agentlikdən verilən məlumata görə, aparılan araşdırmalar zamanı daxil olan bildirişlərdə adı qeyd olunan təsərrüfatlarda fitosanitar monitorinqlər aparılıb.
Azərbaycandan Rusiyaya ixrac olunan məhsullarda aşkar olunan uyğunsuzluqlara dair bildirişlərin vaxtında göndərilməməsi, həmçinin pomidor mövsümünün başa çatması və ixrac olunan məhsul partiyalarının məhv edilməsi ilə əlaqədar olaraq, pomidor məhsullarından laborator analizlər üçün nümunə götürmək mümkün olmayıb. Müəssisələrdə bitki qalıqları zərərsizləşdirilib, dezinfeksiya işləri aparılıb, giriş-çıxış məhdudlaşdırılıb və ərazidə məlumat lövhələri yerləşdirilib.
Qeyd edək ki, bildirişlərin daxil olmasından öncə Agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində pomidor meyvələrinin qonur qırışıqlıq və pepino mozaik virusları aşkar olunmayıb.
Buna baxmayaraq, Agentlik tərəfindən ölkə ərazisində bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülür.
Ölkəyə virusun daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan toxum materialları pepino mozaik virusu və pomidor meyvələrinin qonur qırışıqlıq virusuna görə laborator müayinələrə cəlb edilir.
Agentlik tərəfindən bildiriş daxil olan təsərrüfatda bitki mühafizə tədbirlərinin görülməsi və bu barədə AQTA-ya məlumat verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə məktub ünvanlanıb.
Bölməyə aid digər xəbərlər