18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
16-17 avqust tarixlərində Şamaxı rayonunda Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv təşkilatların rəhbərlərinin, AKTİ katibliyinin və bir sıra rəsmi qonaqların iştirakı ilə I Hesabat-Seçki Konfransı keçirilib.
Konfransın ilk günündə AKTİ-nin birillik fəaliyyətinin təqdimat videosu nümayiş olunub. Təqdimat videosunda ötən il ərzində həyata keçirilən tədbir və layihələr, pandemiya və müharibə dövrlərində könüllülər tərəfindən görülən işlərlə bağlı bir sıra statistik göstəricilər haqqında konfrans iştirakçıları ətraflı məlumatlandırılıb.
Konfransda çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Yəhya Babanlı, Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisinin müavini Kəyan Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir mavini Cahangir Hacıyev, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ülvi Qiyasov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova ölkəmizin öz müstəqilliyini əldə etdikdən sonra könüllülük hərəkatının Azərbaycanda güclü bir qüvvəyə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, könüllülük fəaliyyətinin inkişafına göstərilən yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri qarşıdakı dövrdə daha böyük uğurların qazanılacağını deməyə əsas yaradır.
Daha sonra 2020-2021-ci il müddətində AKTİ-nin uğurlu fəaliyyətinə dəstək olan tərəfdaş qurumlar və media nümayəndələri, eləcə də üzv təşkilatların təmsilçiləri təşəkkürnamələrlə təltif olunub.
Konfransın ikinci günündə növbəti il ərzində İdarə Heyəti, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri və sədr olaraq təmsil olunacaq namizədlərin seçkisi baş tutub. Namizədliyi irəli sürülən AFFA və AVRO-2020 Könüllülər Proqramının meneceri Yusif Vəliyev, “Nəqliyyat Könüllüləri” Proqramının rəhbəri Nahid Quliyev və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev arasında keçirilən səsvermənin nəticələrinə uyğun olaraq Yusif Vəliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının yeni sədri seçilib.
Konfrans nəzərdə tutulan müvafiq istiqamətlərdə fəaliyyətlərin icrası ilə bağlı strateji planlamanın müzakirəsi ilə davam edib.
Bölməyə aid digər xəbərlər