12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
20:00 / 17-01-2025
19:41 / 17-01-2025
19:30 / 17-01-2025
19:19 / 17-01-2025
19:00 / 17-01-2025
18:52 / 17-01-2025
18:23 / 17-01-2025
18:00 / 17-01-2025
17:39 / 17-01-2025
17:16 / 17-01-2025
17:00 / 17-01-2025
16:38 / 17-01-2025
16:00 / 17-01-2025
Bakı şəhəri, Nizami rayonunda ümumi uzunluğu 5.5 km olan yeddi küçə və yolda təmir işləri aparılıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Rizvan Teymurov küçəsinin 1 200 metr, Əlif Hacıyev küçəsinin 500, Əzim Əzimzadə küçəsinin 700, Cəmşid Naxçıvanski küçəsinin 1 000, Bəhruz Nuriyev küçəsinin 900, Əliağa Kürçaylı və Mikayıl Əliyev küçələrinin isə 600 metr uzunluğa malik hissələri təmir edilib.
Aparılan təmir işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənib və əraziyə yeni asfalt-beton örtüyü döşənib.
Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Bununla yanaşı mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.
Təmir işlərinin sonuncu mərhələsində yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Bölməyə aid digər xəbərlər