Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəhid ailələri və qazilərin evlə təminatına sosial tərəfdaşlardan mühüm dəstək - FOTO

Baxış: 309

Sosial məsələlərin həllində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində yaxından iştirak edən şirkətlər sırasında “Paşa Holdinq” və “Kapital Bank” aparılan işlərə dəyərli töhfələrini verirlər. 
Nazirlikdən Sahibkartv.az-a verilən məlumata görə, 2019-2020-ci illərdə “Paşa Holdinq” tərəfindən ölkəmizin müxtəlif bölgələrində həssas əhali qruplarından olan şəxslərə məxsus 19 fərdi ev təmir etdirilib.
Bu müddətdə şirkət Bakının Zabrat qəsəbəsində 4, bölgələrdə 34 fərdi ev inşa etdirərək Milli Qəhrəman və şəhid ailələrinə, qazilərə, digər həssas qruplardan olan şəxslərə təqdim edib. Həmçinin paytaxtın Əhmədli qəsəbəsində həssas qruplardan olan 10 ailənin mənzillərlə təminatını həyata keçirib.
Kapital Bank tərəfindən də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Şirvan şəhərində 68 mənzilli yaşayış binası inşa etdirib.
Bununla ölkəmizdə şəhid ailələri və müharibə əlilləri üçün məhz özəl sektor tərəfindən ilk dəfə olaraq çoxmənzilli yaşayış binası inşa edilmiş oldu. 
2020-ci ilin iyul ayında tikintisi yekunlaşan dörd mərtəbəli, üç bloklu binada müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı mənzillər (16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları üçotaqlı) həm Şirvan şəhərində, həm ətraf rayonlarda yaşayan müvafiq kateqoriyalardan olan vətəndaşların istifadəsinə təqdim edildi.
Beləliklə, son iki ildə - 2019-2020-ci illərdə “Paşa Holdinq” və “Kapital Bank”ın dəstəyi ilə qeyd edilən kateqoriyalardan olanlara 116 mənzil və fərdi ev verilib, 19 fərdi ev təmir edilib.






Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.