Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və Türkiyə qurumları razılığa gəldi: Üçillik Fəaliyyət Planı hazırlanacaq - FOTO

Baxış: 220

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi və digər əlaqəli qurumlarla görüşlərin keçirilməsi məqsədilə Ankara şəhərində səfərdə olub.
Qurumdan Sahibkartv.az-a verilən məlumata əsasən, Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi ilə keçirilmiş görüş zamanı 25 fevral 2020-ci il tarixində tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun implementasiya çərçivəsində həyata keçirilən işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.
Eyni zamanda 2022-2024-cü illəri əhatə edəcək üçillik Fəaliyyət Planının layihəsinin hazırlanması ilə əlaqədar ilkin razılığa gəlinib.
Həmçinin görüş zamanı 2019-cu ilin iyun ayında Bakıda keçirilmiş “BMT Dövlət Xidmətləri Forumu” çərçivəsində təsis olunmuş və Türkiyə tərəfinin də imzası olduğu “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası”nın fəaliyyəti ilə əlaqədar danışıqlar həyata keçirilib.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.