Day, Month 00, Year
00: 00: 00 AM
“YAŞAT”ın Himayəçilik Şurasının üzvü ağır yaralı qazilərimizi müayinə etdi - FOTO


“YAŞAT” Fondu tərəfindən yaralılarımızın müalicəsi istiqamətində tədbirlər davam etdirilir.
Fonddan bildirilib ki, qeyd olunan tədbirlər çərçivəsində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən yaralılarımızın müayinəsi həyata keçirilib.
Belə ki, Məsud Aşina və digər həkim heyəti şiddətli baş ağrılarından əziyyət çəkən yaralılarımızı müayinə edərək, hər birinə uyğun müalicə təyin edib.
Xatırladaq ki, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Danimarkada Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı tibb professoru Məsud Aşina baş ağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib.
Əsas qayəsi dünyanın ən bilikli həkimlərini və sağlamlıq mütəxəssislərini tapmağa kömək etmək olan “Expertscape” nəşrinin son on il ərzində dünyada baş ağrıları sahəsində ən yüksək məhsuldarlıq göstərmiş və elmi töhfə vermiş alimlərin siyahısında professor Məsud Aşina birinci yerdə qərarlaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib.









Tarix: 13-08-2021, 09:53 Oxunub: 144


Bölməyə aid digər xəbərlər