Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Artur Rasizadə: “Yazırlar ki, illərlə yığıb altına”

Baxış: 267
Azərbaycanın sabiq Baş naziri Artur Rasizadənin dünyasını dəyişməsi ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yalan məlumatlar yayılıb.  
Modern.az keçmiş baş nazirin özü ilə əlaqə saxlayaraq, barəsində yayılan xəbərə münasibət öyrənib.
O, hazırda bağ evində olduğunu, özünü normal hiss etdiyini söyləyib:
“Dünən axşamüstü haqqımda yayılan məlumatı oxudum. Bağda oturmuşam. Yaşlı adamam. Hər hansı işim də yoxdur. Xəbəri oxuyanda həm üzüldüm, həm də güldüm. Ona görə üzüldüm ki, bu xəbəri yaxınlar, doğmalar da oxuyur. Hər bir halda belə yanlış informasiyalara təəssüf edirəm”.
Bundan əlavə, Artur Rasizadə haqqında deyilən bir məsələyə də toxunub:
“Bəzən yazırlar ki, illərlə yığıb altına... Bu cür fikirlərə çox üzülürəm. Hüseyn Cavidin bir misrası var: Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət... Başqa nəsə demək istəmirəm”.
Qeyd edək ki, Artur Rasizadə 2003-2018-ci illərdə Azərbaycanın Baş naziri olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.