Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

UNICEF Azərbaycana yeni nümayəndə təyin edib

Baxış: 327

UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş nümayəndəsi Aleks Haykens bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim edib.
“UNICEF-in Azərbaycan hökuməti ilə uzun müddət davam edən tərəfdaşlığını daha da gücləndirmək və ölkədə hər bir uşaq üçün daha yaxşı gələcəyi təmin etmək naminə birlikdə çalışmaq əzmindəyəm”, - deyə o bəyan edib.
Niderland vətəndaşı olan Haykens bundan əvvəl dörd il UNICEF-in Monqolustandakı nümayəndəsi olaraq fəaliyyət göstərib və uşaqların qorunması, sağlamlığı, qidalanması, su/sanitariya/gigiyena, təhsil, erkən uşaqlıq dövründə inkişaf, yeniyetmələrin həyat bacarıqları, sosial müdafiə, havanın çirklənməsi və iqlim dəyişikliyi kimi sahələri əhatə edən UNICEF-in Ölkə Proqramının icrasına rəhbərlik edib. 
2020-ci ildən başlayaraq o, diqqət və səylərini hökumətin COVID-19 pandemiyasının uşaqlara təsirini aradan qaldırmaq səylərinə dəstək, COVID-19 peyvəndlərinin əldə edilməsinə yönəldib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.