Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İşğaldan azad olunmuş ərazilərə səfər etmiş kolumbiyalı jurnalist bölgədəki vəziyyəti işıqlandırıb

Baxış: 332

Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “El Expediente” və “LaOtraCara” portallarında tanınmış jurnalist Roberto Trobaxonun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları barədə “Azərbaycanın yenidən dünyaya gəlişi” başlıqlı məqaləsi dərc olunub.
Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olmuş jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılmış Azərbaycan ərazilərində Ermənistan tərəfindən mülki yaşayış infrastrukturunun, dini ibadət yerlərinin, memarlıq nümunələrinin və çoxəsrlik mədəniyyət incilərinin dağıdıldığını və yağmalandığını bildirir.
Müəllif Cəbrayıl şəhərində kütləvi məzarlıqların talan edildiyini və erməni silahlı birləşmələrinin bu prosesdən gəlir mənbəyi kimi də istifadə etdiyini, habelə ətrafdakı çoxillik su bulaqlarını tamamilə qurutduğu və həmin bulaqları bəzəyən müxtəlif fiqurları talan etdiyini qeyd edir.
Şuşanın Azərbaycan üçün mənəvi dəyəri və ölkə mədəniyyətindəki müstəsna yeri haqda danışan kolumbiyalı jurnalist, əlçatmaz Şuşa qalasının Azərbaycan silahlı qüvvələrinin qeyri-adi şücaəti və əzmkarlığı sayəsində azad edildiyini vurğulayır. Qədim Şuşa qalasının əzəməti və Cıdır düzünün gözəlliyinə heyran olduğunu ifadə edən müəllif, burada da Azərbaycanın tarixi və mədəni irsinin erməni vandalizminin qurbanı olduğunu bildirir.
Bu ərazilərdə şəhər və qəsəbələrin yenidən qurulması və azərbaycanlı əhalinin öz evlərinə qayıdışına əngəl törətmək məqsədilə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığını deyən müəllif, Azərbaycanın burada intensiv minatəmizləmə, bərpa və yenidənqurma işləri həyata keçirdiyini və bu şəhərlərin tezliklə əvvəlkindən də gözəl, baxımlı hala gətiriləcəyini qeyd edir.
https://elexpediente.co/renacer/
https://laotracara.co/nota-ciudadania/el-renacer-de-azerbaiyan/

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.