Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak ediblər - FOTO

Baxış: 257
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Qara dənizdə keçirilən “Minalara qarşı əks tədbirlər - Dalğıc hazırlığı” kursunda iştirak edib.
Müdafiə Nazirliyindən Sahibkartv.az-a verilən məlumata görə, müxtəlif ölkələrin hərbi dənizçilərinin də iştirak etdiyi kursda minalara qarşı mübarizə üsulları, dənizdə antiterror əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında brifinqlər təqdim olunub və təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, hər il keçirilən bu kursun əsas məqsədi regional və qeyri-regional tərəfdaşlar arasında, eləcə də NATO ilə münasibətlərin qurulması və qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsidir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.