22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
13:00 / 22-11-2024
12:28 / 22-11-2024
12:24 / 22-11-2024
12:10 / 22-11-2024
12:04 / 22-11-2024
11:58 / 22-11-2024
11:54 / 22-11-2024
11:14 / 22-11-2024
11:07 / 22-11-2024
10:05 / 22-11-2024
“İkinci Qarabağ müharibəsinin qələbə ilə başa çatması üçün Azərbaycanda dövlət Silahlı Qüvvələrlə bağlı yaxşı işləmişdi və bütün millət, cəmiyyət nələrin yaşandığını başa düşürdü, dövlət siyasətini dəstəkləyirdi”.
Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın gənclər hərkatında aparıcı Ukrayna Milli Skaut Təşkilatının (PLAST) sədri, tarixçi ekspert Yuriy Yuzıç deyib.
O bildirib ki, müşahidələrinə əsasən, bu müharibədə Azərbaycanda yeni nəslin, gənclərin töhfəsi çox oldu:
“Bilirsiniz, Azərbaycan əlindəki resurslara əla investisiya qoydu. Ukraynada isə həddindən çox resurs olsa da, biz belə investisiyalar etməmişik. Bizdə bu baxımdan durum qənaətbəxş deyil, Azərbaycanda isə əladır”.
Y. Yuzıç vurğulayıb ki, Vətən müharibəsində cəbhədə gənclərin rolu böyük idi.
“Axı nə qədər texnikadan, “bayraktar”lardan danışılsa da, ən azı onlara nəzarət edən adamlar olmalı idi. Bunu müvafiq hazırlığı olan konkret adamlar, oğlanlar edirdi. Bu hazırlıq təkcə fiziki yox, həm də ideoloji, dəyərlərə əsaslanan hazırlıq olmalı idi. Bu dəyərləri Azərbaycan dövləti yaxşı yaradıb. Mən əldə olunan qələbə ilə bağlı bunu deyə bilərəm: afərin, yaxşı ki, bunu bacardılar. Torpaqlar qaytarıldı. Bu, Azərbaycan xalqının, liderinin qələbəsi idi. Türkiyə də fəal dəstəkçi idi. Biz də Azərbaycanı dəstəkləyirdik. Mən bununla bağlı sosial şəbəkə hesabımda paylaşımlar edirdim. Buna görə bəziləri məni bir qədər tənqid də etdilər. Çox sayda ukraynalının, xüsusən də cəbhədə olmuşların, ərazi bütövlüyünün nə olduğunu anlayanların Azərbaycanı dəstəklədiyini görürdüm. Bizdə də sizinlə oxşar vəziyyətdir. Torpaqlarımız işğal olunub. Bunlar Rusiyanın dəstəyi ilə işğal olunub”, - PLAST sədri diqqətə çatdırıb.
Təşkilat lideri Azərbaycanın etdiyini böyük qəhrəmanlıq nümunəsi kimi dəyərləndirib:
“30 ildir hazırlıq gedirdi. Düzü, bunun nə vaxt baş verəcəyini gözləyirdim. Çünki gec-tez bunun olacağı aydın idi. Sadəcə, bunun nə dərəcədə uğurlu olub-olmayacağını düşünürdüm. Çünki Azərbaycanın əməliyyatı uğursuz olsa idi, Ukraynada da nə zamansa torpaqların işğaldan azad olunacağına ümid ölərdi. Bu baxımdan Azərbaycanın Qarabağda torpaqları geri alması bizim üçün nümunədir. Bu qələbə Ukraynanın da torpaqlarını geri qaytaracağına inam aşılayır”.
Bölməyə aid digər xəbərlər