Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ETSN rəsmisi yanğınlardan danışdı: “Sonradan heyfslənməmək üçün odla həddən artıq ehtiyatlı davranmalıyıq”

Baxış: 365

“Lənkəran rayonunda baş verən yanğın artıq söndürülüb. Yardımlı rayonunda isə yanğın lokallaşdırılıb”.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
İ.İbrahimova qeyd edib ki, nazirliyin rəhbər heyətinin və əlaqədar struktur bölmələrin rəhbərləri hadisə yerindədir:
“Hazırda Yardımlıdakı yanğının tam söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülür.
Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız hər hansı bir şəxsin bilərəkdən və ya bilməyərəkdən törətdiyi əməlin fəsadı qarşısında aciz qalırıq”.
“Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik ki, odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq!”, - deyə o əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.