Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qüdrət Qurbanov və Həbib Həsənov yola salınır? - İDDİA

Baxış: 382

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev qurumun Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovu və Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənovu vəzifələrindən azad etməyə hazırlaşır.
Qaynarinfo-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, artıq hər iki qurum rəhbəri məzuniyyətə göndərilib. 
Dövlət Dəniz Agentliyinin direktor vəzifəsi qurumun direktor müavini Fərhad Məmmədova həvalə edilib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis əvəzi funksiyasını isə yeni təyin olunan rəis müavini Anar Rzayev yerinə yetirir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq direktor müavini İbrahim Əliyevə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyində vəzifə verilib. 
Qeyd edək ki, Qüdrət Qurbanov 2006-cı il ildə Dövlət Dəniz Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub. 11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru təyin edilib.
Həbib Həsənov isə sabiq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin 8 may 2017-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.