11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
Bakıda bəzi binalarında yaşayan sakinlər lift problemindən əziyyət çəkdiklərini deyirlər.
Bu barədə Sahibkartv.az-ın redaksiyasına göndərilən müraciətdə qeyd olunub.
Bildirilib ki, söhbət Binəqədi rayonu, Azadlıq prospekti 186 saylı binadan gedir. Vətəndaş iddia edir ki, 1970-ci ildən ( təxminən 50 ildən çoxdur) istifadəyə verilən liftlər artıq istismar müddətini başa vurub:
“Binanın liftləri çox bərbad haldadır. Onların dəyişdirilməsi üçün aidiyyəti üzrə müraciət etsək də, bizim müraciətimizə baxılmır. Tək bizim deyil, digər bloklarda da eyni problem mövcuddur. Liftlərin qapıları tam şəkildə bağlanmır və bu vəziyyətdə çalışır”.
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyindən Sahibkartv.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətdə saxlanılır.
Məlumatda qeyd edilib ki, Binəqədi rayonu, Azadlıq prospekti 186 ünvanında yerləşən bina 1985-ci ildə istismara verilib:
“Sözügedən ünvanda yerləşən bina 6 blokludur və bütün bloklarda liftlər işlək əziyyətdədir. Binadaki liftlərdə hər hansı nasazlıq meydana gələrsə, sakinlərin müraciəti əsasında, həmin problem “Lifttəmir” İstehsalat Birliyinin əməkdaşları tərəfindən aradan qaldırılır. Öz növbəsində tərəfimizdən bu və digər bina sakinlərindən xahişimiz budur ki, gündəlik istifadə edilən liftlərə qayğı ilə yanaşsınlar. Artıq yükün daşınmasına, eləcə də liftin qapılarının sıradan çıxmasına səbəb olacaq hərəkətlərə yol verməsinlər. Binalarda istismar müddəti bitən liftlərin dəyişdirilməsi prosesi mərhələli şəkildə aparılır. Belə ki, ölkə başçısının ayırdığı vəsait hesabına paytaxt ərazisində istismar müddəti bitmiş liftlərin yeniləri ilə əvəz edilməsi prosesi çərçivəsində paytaxt ərazisində yerləşən yaşayış binalarının əksəriyyətində köhnə liftlər yeniləri ilə əvəz edilib. Bu proses qarşıdakı müddətdə də mərhələli şəkildə davam edəcək”.
Qeyd edək ki, 2019-cu ildə 581 ədəd lift alınıb və hər biri aidiyyəti üzrə quraşdırılıb. Bu il ölkəyə daha 625 ədəd lift gətirilib. Həmin liftlərin artıq 214 ədədi aidiyyəti üzrə quraşdırılıb. Cari ilin sonuna kimi digər liftlərin də quraşdırılması həyata keçiriləcək. İstismar müddəti başa çatmış liftlərin yenilənmə prosesi mərhələli şəkildə davam etdiriləcək.
Bölməyə aid digər xəbərlər