Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şotlandiyada yük maşınları yanacaq əvəzinə viski tullantıları ilə işləyir

Baxış: 204
Şotlandiyanın viski istehsalçısı olan “Glenfiddich” şirkəti maraqlı yeniliyə imza atıb.
“Autoblog” xəbər verir ki, şirkət öz yük avtomobillərinin bioyanacaqla çalışması üçün müəyyən addımlar atıb.
İlk növbədə yük maşınlarında müvafiq avadanlıq və sistemlər quraşdırılıb. Daha sonra isə şirkətin zavodu ərazisində xüsusi bioyanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
Ən maraqlısı isə odur ki, sözügedən bioyanacaq viski istehsalı prosesində əmələ gələn tullantılardan hazırlanır və şirkət üçün demək olar ki, pulsuz başa gəlir.
Qeyd edək ki, “Glenfiddich” ildə 14 milyon şüşədən çox viski satır. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.