Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda iməcilik keçirilib: Sahibkarlar və özəl sektor da qatılıb - FOTO

Baxış: 280
Bakı şəhərində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların qarşısı elə həmin gün paytaxtın kommunal və digər xidmət işçiləri tərəfindən operativ şəkildə alınıb. Eyni zamanda küləyin yaydığı toz-torpağın binaların fasadlarından, mağaza, ictimai iaşə və digər obyektlərin vitrinlərindən, reklam lövhələrindən təmizlənməsi zərurəti yaranıb.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, iyul ayının 31-i səhər saatlarından etibarən paytaxtın bütün rayonlarında kommunal və digər qurumlarının iştirakı ilə genişmiqyaslı daxili iməcilik keçirilib.
Daxili iməcilik zamanı prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin yuyulması, ərazinin dezinfeksiyası, yol kənarlarına yığılan toz-torpağın təmizlənməsi həyata keçirilib. Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı sakinlərimiz də yaxından iştirak ediblər.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası ağac və yaşıllıq zolaqlarını yuyaraq toz-torpaqdan təmizləyib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.
Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə cavab olaraq fərdi sahibkarlar və özəl sektor nümayəndələri tərəfindən çalışdıqları mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub və obyektlərin qarşısı təmizlənib.







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.