22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Bu gün Azərbaycan üçün xarici siyasətdə prioritet Ali Baş Komandan, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan qələbənin və onun nəticələrinin beynəlxalq aləmdə daha düzgün qavranılması və beynəlxalq təşkilatlarda problemin ədalətli həll olunması modelini nümayiş etdirməkdir.
Bunu Sahibkartv.az-a Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.
O qeyd edib ki, həyata keçirilən çoxvektorlu xarici siyasətimizin tarixinə nəzər yetirsək, Azərbaycan multikultural və tolerantlıq dəyərlərinə sadiqliyini, eyni zamanda Cənubi Qafqazda sülhün və əmin-amanlığın carçısı olduğunu nümayiş etdirərək bütün dünya dövlətləri ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığını hərtərəfli intensivləşdirir və inkişaf etdirir.
Qoşulmama Hərəkatına Azərbaycanın daha növbəti bir il rəhbərlik etməsinə olunan etimad ölkəmizin düzgün idarəçilik modeli tətbiq edərək bu yeni platformada da özünü doğrultduğunun əyani sübutudur.
COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində çətin və mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın bütün dünya dövlətlərində əhalinin yaxşı həyata əlçatanlığının təmin olunması üçün ehtiyacı olan ölkələrə humanitar yardım göstərməsi bir daha ölkəmizin ümumbəşəri dəyərlərə humanist münasibətinin bariz nümunəsidir.
İstər Avropa ölkələri ilə, istərsə də İslam dünyası ilə münasibətlərdə hər zaman qarşılıqlı hörmət və davamlı inkişafa üstünlük verən Azərbaycanın xarici siyasəti bu gün dost və qardaş ölkələrlə əməkdaşlığın dərinləşməsini prioritet edib.
Avropada, Balkanlarda yerləşən, müsəlmanların kompakt şəkildə yaşadığı Bosniya və Hersoqovinaya Qurban bayramı ərəfəsində 40 min doza peyvəndin yardım olaraq göndərilməsi bir daha Azərbaycanın multikultural dəyərlərə, habelə beynəlxalq təşkilatların qəbul etdiyi yekun qərarlara, ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə sadiqliyinin göstəricisidir.
Əlavə olaraq bildirib ki, 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleksin yaradılması, inkişafda olan qardaş ölkələrin gələcək inkişafına verilən töhfədir.
Azərbaycan Respublikasının Prezidentinin bəyan etdiyi kimi - Azərbaycana, onun ədalətli mübarizəsinə dəstək göstərən ölkələrin işğaldan azad edilən ərazilərin bərpa və yenidən qurulmasında, sülhün, əmin-amanlığın bərqərar olunmasında aktiv iştiraklarının təmin olunması prioritetdir.
Son olaraq qeyd edib ki, cari ilin 8-10 iyun tarixlərində Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçin ölkəmizə rəsmi səfəri çərçivəsində Ağdamda erməni vandalizminin yaratdığı fəsadlarla tanış olarkən regionda insanların sülh içində yaşaması, əmin-amanlığın, davamlı inkişafın təmin olunması ilə bağlı səsləndirdiyi fikirlər, eyni zamanda Qarabağa səfər edən ilk ali qonaq olması xalqlarımız arasında qardaşlığın, ictimai-mədəni əlaqələrin inkişafının, yüksək səviyyəli strateji əməkdaşlığın bariz nümunəsidir.
Bölməyə aid digər xəbərlər