Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ermənistan-Azərbaycan dövlət sərhədində saat 10:00-dan elan edilmiş atəşkəs pozuldu

Baxış: 282

Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir 
Azərbaycan Müdafiə Nazirliyi bildirir:
Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilmişdir. 
Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir. 
Qeyd edək ki, rəsmi Moskva saat 10: 00-dan etibarən sərhəddə atəşkəs elan etməyi təklif edib. Azərbaycan Müdafiə Nazirliyi təklif ilə razılaşıb.
Ermənistan Müdafiə Nazirliyi yaydığı məlumatında iddia edib ki, Azərbaycan Silahlı Qüvvələri ermənilərin mövqelərinə hücum edib. Guya  Azərbaycan Silahlı Qüvvələri itkilər verərək əvvəlki mövqelərinə qayıtmağa məcbur olublar. Atışma davam edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.