Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda iki qurum birləşdirilir

Baxış: 349
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum “Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilir.
Sahibkartv.az xəbər verir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktlara uyğun olaraq “Azərpoçt” MMC yenidən təşkil ediləcək.
Bundan sonra “Azərmarka” “Azərpoçt”un struktur bölməsi kimi fəaliyyət göstərəcək. Onun bütün hüquq və öhdəliklərini hüquqi varisi olan “Azərpoçt” MMC yerinə yetirəcək.
Məqsəd nazirliyin strukturuna daxil olan və olmayan qurumlarının fəaliyyətinin optimallaşdırılması, səmərəliliyin artırılması və resurslardan ümumi istifadənin təmin olunmasıdır.
Qeyd edək ki, “Azərmarka”nın əsas fəaliyyət istiqaməti Dövlət Poçt Ödəniş Nişanlarının – poçt markaları, markalı zərflər, poçt kartlarının nəşri və dövriyyəyə buraxılmasından ibarət olub. Həmçinin qurum tərəfindən bloklar, kiçik vərəqlər, bukletlər, poçt ştempellərinin ottiskləri və filatelistlərin kolleksiya obyektləri sayılan digər məhsullar, o cümlədən açıqcalar, müxtəlif suvenirlər hazırlanıb.
Qeyd edilən işlər bundan sonra “Azərpoçt” MMC-nin tərkibində yaradılacaq müvafiq struktur bölmə tərəfindən həyata keçiriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.