Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rüşvətxorluq cinayətləri ilə məhkəməyə göndərilən işlərin sayı AÇIQLANDI - RƏSMİ

Baxış: 308
Baş Prokurorluqda bu gün keçirilən əməliyyat müşavirəsi zamanı həm də korrupsiya hüquqpozmasına dair cinayət işlərinin sayı açıqlanıb.
Bu barədə Sahibkartv.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 
Bildirilib ki, cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol vermiş 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmişdir. 
Əlavə olaraq bildirilib ki, həmin cinayət işlərindən 72 şəxs barəsində 25 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 54 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 28 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 8 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və digər faktlarla əlaqədar olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.