Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Vətən müharibəsi qaziləri özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin edilib - FOTO

Baxış: 275

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha bir qrup Vətən müharibəsi qazisi üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.
Nazirlikdən Sahibkartv.az-a verilən məlumata görə, qazilər Cavid Hüseynov avtoçilingər xidmətləri, Ələsgər Salmanov kiçik foto-atelye, Nəriman Qəribov avtomobil şinlərinin təmiri zərfi üzrə avadanlıqlarla təmin edilib.
Aktivlər nazirliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlıq çərçivəsində verilib.
Postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət beş mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Onlardan bir qismi artıq seçdikləri sahələr üzrə aktivlərlə təmin edilib.





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.