Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Almaniyadakı siyasi partiyalara “Cronimet” şirkəti ilə bağlı müraciət edilib

Baxış: 266


Almaniyadaki Azərbaycan Evləri ölkəmizin ərazisindən keçən və Araz çayına tökülən Oxçuçaya qarşı Ermənistan və Almaniya şirkətlərinin törətdikləri ekoloji cinayətlə bağlı bu ölkənin dövlət qurumlarına və ictimaiyyətinə müraciət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Almaniyanın “Cronimet” şirkətinin baş ofisinə, “Yaşıllar Partiyası”na, “Greenpeace” və ətraf mühitin mühafizəsi üzrə digər beynəlxalq təşkilatlara, müvafiq dövlət qurumlarına ünvanlanan etiraz xarakterli bəyanatlarda dəhşətli fəlakət bütün təfərrüatı ilə təsvir edilib.
Səhmlərinin əsas hissəsinin Almaniyanın “Chronimet” şirkətinə məxsus olduğu Ermənistan Molibden kombinatının təmizləmə işləri aparılmadan, zəhərli tullantılarını birbaşa Oxçuçaya buraxdığı, ekoloji standartlara riayət edilmədiyi və Azərbaycanın ətraf mühitinə misli görünməmiş zərbə vurulduğu nəzərə çatdırılıb.
Bəyanatlarda “Cronimet” şirkətindən və digər müvafiq dövlət qurumlarından, beynəlxalq təşkilatlardan bu ekoloji cinayətə biganə qalmamaq və fəlakətin qarşısını almaq məqsədi ilə dərhal lazımi tədbirlər görmək tələb edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.