Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şuşada Qazançı kilsəsini ziyarət ediblər - FOTO

Baxış: 338

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Qazançı kilsəsini ziyarət ediblər.
APA-nın Şuşaya ezam olunan müxbirinin məlumatına görə, qonaqlar kilsəyə baxış keçirib, aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov kilsənin tarixi, burada aparılan təmir-bərpa işləri haqqında məlumat verib.
Qeyd edilib ki, ermənilər işğal dövründə kilsəsinin mənşəyini saxtalaşdırmağa, erməniləşdirməyə cəhd edib.
Hazırda kilsə tarixi mənşəyinə uyğun təmir-bərpa olunur.
Qeyd edək ki, Şuşaya səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.









Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.