Day, Month 00, Year
00: 00: 00 AM
Zaxarova Qarabağla bağlı üçtərəfli bəyanatların ardıcıl həyata keçirilməsinin vacibliyini vurğuladı


“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında vəziyyət stabil qalır. Tək-tək hadisələr dərhal azərbaycanlı və erməni həmkarlarla əməkdaşlıqda həll olunur. Rusiya sülhməramlılarına qarşı hər hansı bir təxribat xarakterli hərəkət qeydə alınmayıb”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədindəki müəyyən ərazilərdəki vəziyyət, sərhədin beynəlxalq hüquqi qeydiyyatının olmamasının nəticəsidir. Ümumi fonu isə tərəflər arasında qarşılıqlı etimadın olmaması daha da ağırlaşdırır.
“Dəfələrlə vurğulamışıq ki, bu problemin davamlı və uzunmüddətli həlli olaraq, Azərbaycan ilə Ermənistan arasındakı sərhədin delimitasiyası, ardınca demarkasiyası işlərinin tezliklə başlanılmasında görürük. Lazımi konsultativ yardım etməyə hazırıq. Hazırda xarici siyasət və müdafiə qurumları, həmçinin sərhəd xidmətləri ilə (o cümlədən gərginliyi azaltmaq məqsədi ilə) təmaslar davam edir”, - deyə o bildirib.
Zaxarovanın sözlərinə görə, bir sıra məsələlər iyulun 7-də Moskvada Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın görüşündə müzakirə edilib.
“Üç ölkə liderlərinin ötən il 9 noyabr və bu il 11 yanvar tarixli bəyanatlarının ardıcıl həyata keçirilməsinin vacibliyi təsdiqlənib. Biz danışığımızı və praktikada həyata keçirdiyimizi yenidən təsdiqləyirik. Rusiya Qarabağda dinc həyatın qurulmasına, İrəvanla Bakı arasında etimadın gücləndirilməsinə töhfə verməyə hazırdır.
Görüş zamanı əsasən Paşinyan Putinə 15 erməni hərbçisinin sərbəst buraxılması prosesindəki töhfəsinə görə təşəkkür edib. Buna baxmayaraq, bu problem, tam olaraq Bakı üçün prioritet olan minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi məsələsi kimi, hələ də həllini tapmayıb. Bu mövzuda Rusiyanın mövqeyi hər kəsə aydındır. Heç bir ön şərt və s. olmadan problemlərin ən qısa müddətdə həll edilməsinin tərəfdarıyıq”, - deyə o vurğulayıb.


Tarix: 9-07-2021, 12:51 Oxunub: 145


Bölməyə aid digər xəbərlər