Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

XİN başçısının müavini: “Ermənistan işğal etdiyi ərazilərdə “yandırılmış torpaq” siyasəti həyata keçirib”

Baxış: 255

“Ermənistan işğal etdiyi ərazilərdə “yandırılmış torpaq” siyasətindən istifadə edib”. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında çıxışı zamanı deyib.
O xatırladıb ki, ötən il Azərbaycan 10 min kvadratkilometrdən çox ərazisini işğaldan azad edib: “Bu ərazilər 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Onlar işğal olunmuş ərazilərdə bilərəkdən hər bir evi, ictimai binaları, infrastruktur obyektlərini, məktəb və xəstəxanaları yerlə yeksan ediblər. Onlar bunu həmin ərazilərə qayıtmağı gözləyən məcburi köçkünlər üçün orada yaşayışı qeyri-mümkün etmək üçün ediblər”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.