Day, Month 00, Year
00: 00: 00 AM

Kolumbiya Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO


Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Kolumbiya Respublikasındakı səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti İvan Dukeyə təqdim edib.
Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, videkonfrans formatında keçirilmiş mərasimdə M.Talıbov ilk olaraq, Prezident İvan Dukeyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb. Öz tərəfindən təşəkkür edən Kolumbiya prezidenti onun da salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Azərbaycan rəhbərliyi tərəfindən qarşısında qoyulan başlıca vəzifənin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirən M.Talıbov, Azərbaycanla Kolumbiya arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu, hər iki ölkədə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra bu münasibətlərin daha da möhkəmləndiyini qeyd edib.
Azərbaycanla Kolumbiya arasında istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq mövcud olduğunu deyən səfir, ölkəmizin Kolumbiya ilə iqtisadi-ticari, mədəniyyət, turizm, təhsil, elm və kənd təsərrüfatı sahələrində də əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Kolumbiya Prezidenti İvan Duke M.Talıbovu Azərbaycanın Kolumbiyadakı fövqəladə və səlahiyyətli səfiri kimi səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və ölkəsinin də Azərbaycanla hər sahədə, xüsusilə də iqtisadi-ticari və sərmayə qoyuluşu istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib. Sonda Prezident İ.Duke iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki gələcək fəaliyyətində səfirə uğurlar arzu edib.


Tarix: 6-07-2021, 23:08 Oxunub: 232


Bölməyə aid digər xəbərlər