Day, Month 00, Year
00: 00: 00 AM
Küləkli havaya görə gəmilərin Xəzərdəki partlayış yerinə yaxınlaşmasında çətinliklər var - RƏSMİ


“Hazırda Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti ilə əlaqədar gəmilərin sözügedən əraziyə yaxınlaşmasında müəyyən çətinliklər yaranıb”.
Sahibkartv.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, SOCAR və AMEA-nın mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə dənizə çıxacaq və təhlillər aparacaq.


Tarix: 5-07-2021, 11:36 Oxunub: 151


Bölməyə aid digər xəbərlər