Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan könüllüləri arasında “Nizami Kvest” intellektual komanda oyunu keçirilib - FOTO

Baxış: 649

Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı və “Bir Könüllü” Təşkilatının dəstəyi ilə ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar olaraq dahi şairin yaradıcılığının könüllülər arasında təbliği, ədəbi irsinin daha yaxşı öyrənilməsi, eləcə də könüllülərin intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə “Nizami Kvest” intellektual komanda oyunu keçirilib.
Hər birində dörd könüllü olmaqla ümumilikdə 11 komandanın iştirak etdiyi oyunda gənclər AKTİ-nin ofisində və Bakının müxtəlif ərazilərində dahi şairin həyat və yaradıcılığı ilə bağlı hazırlanan sualların cavablarını xüsusi ipucları vasitəsilə həmin məkanlarda taparaq birincilik uğrunda mübarizə aparıblar.
Yekun nəticələrə əsasən kvesti bütün komandalardan tez başa vuran “Bakı Şəhər Halqası” komandasının könüllüləri 1-ci yerin sahibi olaraq Gəncə şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar. “Gənc Könüllülər” və "Bir Könüllü" Təşkilatının könüllülərindən ibarət komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok və dəyərli hədiyyələr təqdim olunub.





























Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.