Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fala baxmaq adı ilə girdiyi evdən 12 minə yaxın pul oğurladı - Foto

Baxış: 339

Qusarda fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Sahibkartv.az-a verilən məlumata görə, Qusar rayon sakini olan qadın polisə müraciət edərək bildirib ki, iyunun 27-də tanımadığı bir qadının onun yaşadığı evə gələrək orada şər qüvvələr olduğunu deyib. Daha sonra fala baxmaq adı ilə evə daxil olub və 11 800 manat pulunu oğurlayıb.
Qadının pulunu mənimsəyən şəxsin Yevlax rayon sakini Aygün Məmmədova olduğu və  həyat yoldaşı Elçin Abdullayevlə birlikdə sonuncuya məxsus “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə Yevlax istiqamətində hərəkət etdiyi müəyyən edilib.
Həmin şəxslər Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil veriliblər. Saxlanılan zaman isə E.Abdullayevə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən bir ədəd “AKS-74U” markalı avtomat, 24 ədəd patron və bir ədəd avtomat darağı aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər barəsində cinayət işi açılıb, araşdırmalar aparılır. Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.