Day, Month 00, Year
00: 00: 00 AM
Deputatla Vəkillər Kollegiyasının sədr müavini arasında çəkişmə olub - VİDEO


Bu gün Bakıdakı “Four Seasons” hotelinin foyesində Milli Məclisin deputatı Ramil Həsənovla Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında çəkişmə baş verib.
Bu barədə M.Mustafayev virtual.az-ın redaksiyasına məlumat verib.
Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsinin qərarını icra edərkən deputat ona hücum çəkib, senzuradan kənar ifadələrlə təhqir edib. Deputat, vəkili aqressiv hərəkətlərə təhrik etməyə çalışıb. Bu azmış kimi, millət vəkili və onu müşaiyət edən idmançı görkəmli şəxslər qapalı məkanda maskadan istifadə etməyərək karantin rejiminin tələblərini pozublar.
Hadisəyə səbəb isə M.Mustafayevin peşə fəaliyyətini yerinə yetirərək Nəsimi Rayon Məhkəməsinin iclasında Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində çıxış etməsi olub.
Qeyd edək ki, Almari Vael Süleymanın keçmiş arvadı hazırda deputat Ramil Həsənovla evlidir. Britaniyalı biznesmenin həmin evlilikdən olan qızı isə Bakıda, deputatın evində yaşayır. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət etməli olub.
Artıq Səbail rayon polis idarəsi faktla bağlı araşdırmalara başlayıb. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun sözlərinə görə, hadisə iştirakçıları müəyyənləşdirilərək hamısı idarəyə dəvət edilib. Onlara qarşı Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, müvafiq tədbirlərin görüləcəyi bildirilib. Həmçinin, ölkə ictimaiyyətinin araşdırmanın nəticələrilə bağlı məlumatlandırılacağı qeyd olunub.  


Tarix: 27-06-2021, 21:20 Oxunub: 102


Bölməyə aid digər xəbərlər