Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu gün nəşi tapılan şəhidimiz sabah Şəmkirdə dəfn olunacaq - FOTO

Baxış: 256
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli sabah Şəmkir rayonunda dəfn ediləcək. SAHİBKARTV.AZ-ln məlumatına görə, şəhidlə vida mərasimi onun ailəsinin yaşadığı Şəmkir rayonunun Təzəkənd kəndində keçiriləcək.
Vida mərasimindən sonra şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Elşən Fazil oğlu Yunisli Şəmkir rayon Təzəkənd kəndində anadan olub. O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub.
Ötən ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb.
O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən idi. Elşən Yunisli subay idi.
Allah rəhmət etsin!




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.