Day, Month 00, Year
00: 00: 00 AM
Göygöldə “Qəhrəman övladları” İdman Festivalı keçirilib - FOTO

“Cavad Xan” Tarix və Mədəniyyət Fondu, “Qardaşlıq” qrupu, Göygöl Gənclər və İdman İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsinin və Göygöl Olimpiya və İdman Kompleksi, Türkiyə Respublikası Gəncə Şəhər Baş Konsulluğunun birgə təşkilatçılığı ilə 19 İyun saat 16:30-da Göygöl Olimpiya İdman Kompleksində “Qəhrəman Övladları” İdman Festivalına Gəncə və Göygöldən 67 ailədən olan 118 şəhid övladına həsr olunmuş sosial xarakterli tədbir baş tutub.
Tədbirdə baş konsul Zəki Öztürk çıxış edib. 
“Əziz qəhrəman şəhidlərimizin övladları və ailələri,
Atalarınız 44 gün ərzində Qarabağdakı 30 illik əsarətə son qoyaraq nəsildən-nəslə ötürüləcək böyük bir qəhrəmanlıq dastanına imza ataraq tarix yazdılar. Ölkəsinin bütövlüyü üçün canını verən hər bir şəhid, həyatını riskə atan hər bir qazi bu millətin ortaq dəyəridir. Onlar sağ ikən sizin bir parçanız olsalar da, bu gün sizin kimi bu millətin də bir parçalarıdır. Şəhidlərimizin geridə qoyduğu digər yaxınları ilə yanaşı, xüsusilə də geri qoyduqları bu millətə əmanətdir. Ümid edirəm bu yadigarları azərbaycanlı qardaşlarımızla birlikdə qoruyacağıq, şəhidlərimizin ruhunu əsla incitməyəcəyik və hər zaman qazilərimizin yanında olacağıq.
“Bir millət, iki dövlət” anlayışı ilə güclənən siyasi, hərbi, iqtisadi, sosial və mədəni sahələrdəki münasibətlərimiz bu dəfə şəhid övladlarımızın rəqabət sevincini bölüşərək gənc zəkalarda güclənəcək və çiçəklənəcəkdir. İki ölkə arasında sevinc və kədər içində birlik ruhunu yeni nəsillərə ötürmək bəlkə də bu festivalın ən mənalı tərəflərindən biri olacaqdır. Çünki biz birlikdə güclüyük. Bu mesajı hələ keçən həftə iki qardaş ölkənin prezidenləri Şuşadakı tarixi görüşdə yüksək səslə gözəl bir şəkildə dilə gətirmişdir”
Komandalara kapitanlığı və mükafatlandırmanı Türkiyə Respublikası Gəncə Baş konsulu Zəki Öztürk, Azərbaycanın məşhur idmançılarından olan Olimpiya, Dünya, Avropa çempionları və mükafatçıları Hacı Əliyev, Namiq Abdullayev, Mövlud Mirəliyev, Rövşən Bayramov, Mariya Stadnik, Şərif Şərifov, Şahmuraz Qasımov, Ramil Qasımov, Hakim Nəzərəliyev və d. etmişdir.
Tədbir vaxtı Gəncə və Göygöldən olan məşqçilərin və idmanşıların bir neçə idman növündən nümunəvi çıxışları təqdim edilmiş, şəhid övladlarına xoşladıqları idman növünə yerindəcə yazılmaq və təmənnasız məşğul olmaq imkanı yaradılmışdır.
Tədbirin bədii hissəsində Gəncə Dövlət Dram Teatrının və Gəncə Kukla Teatrının maraqlı səhnələri, Gəncə Dövlət Filarmonoyasının musiqi və rəqs qruplarının çıxışları ilə davam etmişdir.
Layihənin əsas mahiyyəti Şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramımızın kiçik bir təzahürüdür. Qəhrəman övladlarını sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların neqativ təsirlərdən uzaqlaşdırmaq və idmana olan marağını artırmaq. Fiziki və Psixoloji inkişafına fayda verməkdir.
Layihənin məqsədi yarış atmosferi və bayram əhval-ruhiyyəsi yaratmaq. Uşaqlarda idmana və sağlam və aktiv həyat tərzinin təbliği, istedadlı uşaqların üzə çıxarılmasıdır.






Tarix: 20-06-2021, 20:12 Oxunub: 198


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı