Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Maxaçqala ilə Bakı arasında birbaşa uçuş həyata keçiriləcək

Baxış: 358
Rusiyanın "S7 Airlines” aviaşirkəti Dağıstan Respublikasının paytaxtı Maxaçqala ilə Bakı arasında birbaşa aviareys həyata keçirəcək.
Sahibkartv.az xəbər verir ki, bu barədə Maxaçqala aeroportunun mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova məlumat verib.

Onun sözlərinə görə, ilk reys iyulun 4-ə nəzərdə tutulub və biletlər artıq satışdadır. Reyslər hər həftənin şənbə günündən bazar gününə keçən gecə yerinə yetiriləcək.

Xatırladaq ki, Rusiyadan Azərbaycana yollanan sərnişinlər uçuşdan 72 saat əvvəl alınmış COVID-19 testinin cavabını təqdim etməlidirlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.