Bu gündən etibarən AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılıb.Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Biletlərin qiymətləri 60, 150 və 250 manatdır.
Satış məntəqələri isə bunlardır:
| KASSA | ÜNVAN |
| Köşk №1 | M.Rəsulzadə 3., Bakı, |
| Köşk №2 | Bülbül prospekti, Nizami küç., Bakı |
| Köşk №3 | Üzeyir Hacıbəyov küç.69x, Bakı |
| 1 saylı "ASAN xidmət” mərkəzi | Həsən Əliyev küç.36, Bakı |
| 2 saylı "ASAN xidmət” mərkəzi | Nobel prospekti 23, AMAY T.M., Bakı |
| 3 saylı "ASAN xidmət” mərkəzi | Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı |
AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunların təqvimini:
A qrupu
12 iyun, saat 17:00
Uels – İsveçrə
16 iyun, saat 20:00
Türkiyə - Uels
20 iyun, saat 20:00
Türkiyə - İsveçrə
1/4 final mərhələsi
3 iyul, saat 20:00





































