Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda gələn il yaşayış minimumu artırılacaq

Baxış: 252
Azərbaycanda gələn il yaşayış minimumu artırılacaq


Azərbaycanda gələn il yaşayış minimumu 4,6 faiz artırılacaq.
Bu, Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olub. Layihəyə əsasən, gələn il yaşayış minimumu 314 manat olacaq. Beləliklə, ehtiyac meyarı 14 manat, başqa sözlə 4,6 faiz artırılacaq.

Gələn il yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.