Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məişət cihazları artıq qiymətə yox, buna görə alınacaq - Yeni layihə

Baxış: 234
Məişət cihazları artıq qiymətə yox, buna görə alınacaq - Yeni layihə


Enerji səmərəliliyinin gündəlik həyata və iqtisadi fəaliyyətə daha geniş tətbiqi üçün də konkret addımlar atılır.

Bunu energetika naziri Pərviz Şahbazov deyib.

O bildirib ki, məişət avadanlıqlarından sənaye qurğularına qədər müxtəlif məhsulları əhatə edən ekodizayn və enerji etiketlənməsi üzrə 17 texniki reqlament layihəsi hazırlanıb: "Bu tələblərin tətbiqi istehlakçılara məhsulları yalnız alış qiymətinə görə deyil, gələcək enerji xərclərini də nəzərə almaqla seçmək imkanı verəcək".

Nazir həmçinin qeyd edib ki, digər mühüm istiqamət enerji səmərəliliyinə investisiyaların təşviqidir: "Enerji Effektivliyi Fondunun maliyyələşdirmə mexanizmləri təkmilləşdirilib, güzəştli kreditlərin verilməsi üçün 14 kredit təşkilatı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Artıq aktiv istehlakçılar tərəfindən günəş panellərinin quraşdırılması məqsədilə 210 min manat güzəştli kredit vəsaiti ayrılıb. Bununla yanaşı, enerji səmərəliliyinə yatırılan investisiyaların əldə edilən qənaət hesabına geri qaytarılmasını nəzərdə tutan ESCO modelinin tətbiqi imkanları araşdırılır".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.