Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yollarda sizi bu təhlükələr gözləyir - XƏBƏRDARLIQ

Baxış: 126
Yollarda sizi bu təhlükələr gözləyir - XƏBƏRDARLIQ


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 19-da Bakı və Abşeron yarımadasında, eləcə də öləkənin bir sıra bölgələrində güclü küləyin gözlənildiyi barədə xəbərdarlığı xatırladılıb.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edərək onları yollarda diqqətli olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

“Güclü külək xüsusilə açıq ərazilərdə, körpülərdə, yolötürücülərində və magistral yollarda nəqliyyat vasitələrinin hərəkətinə ciddi təsir göstərə bilər. Küləyin qəfil istiqamət dəyişməsi avtomobilin idarəetməsini çətinləşdirə, xüsusilə iri qabaritli nəqliyyat vasitələri və qoşqulu avtomobillər üçün təhlükəli vəziyyət yarada bilər.

Bu səbəbdən sürücülərə sürət həddini mövcud hava şəraitinə uyğun seçməyi, ara məsafəsini artırmağı, qəfil manevrlərdən və sərt tormozlamadan çəkinməyi tövsiyə edirik. Eyni zamanda, nəqliyyat vasitələrini ağacların, reklam lövhələrinin, elektrik dirəklərinin və digər təhlükə yarada biləcək konstruksiyaların yaxınlığında saxlamamaq vacibdir”, - qurumdan qeyd olunub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə almağa, yollarda maksimum diqqətli və məsuliyyətli davranmağa çağırır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.