Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər

Baxış: 90
Sahibkarlar “SİMA İmza” səlahiyyətini onlayn və müddətsiz ötürə bilər


Fərdi sahibkarlar və hüquqi şəxslər bundan sonra sima.az saytının “Kabinetim” bölməsində digər şəxslərə müddətsiz imza səlahiyyəti verə bilərlər.

“Yeni funksiya sahibkarlara vergi, gömrük, bank və digər biznes əməliyyatlarını onların adından icra edəcək şəxsləri tam rəqəmsal qaydada təyin etməyə imkan verir.

Səlahiyyətin verilməsi üçün “Kabinetim” bölməsində müvafiq şəxsin FİN kodunu daxil etmək və ona uyğun rol təyin etmək kifayətdir.

Səlahiyyət ötürülən şəxsin sahibkarın müəssisəsində çalışması tələb olunmur: sahibkar imza hüququnu həm öz əməkdaşına, həm də əməkdaşlıq etdiyi digər şəxslərə həvalə edə bilər.

Əsas şərt həmin şəxsin müəssisənin VÖEN-i üzrə SİMA-nın biznes imza sertifikatına malik olmasıdır.

Verilən səlahiyyət müddətsizdir və sahibkar onu istənilən vaxt ləğv etmək hüququna malikdir.

Qeyd edək ki, biznes imza sertifikatını “SİMA İmza” tətbiqində onlayn şəkildə əldə etmək olar. İmzanı ilk dəfə əldə edən şəxslər “6AYPULSUZ” promokodundan yararlanaraq, imzadan ilk 6 ay ərzində ödənişsiz istifadə edə bilərlər.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. SİMA İmza istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Biznes imzasının əldə edilməsi zamanı abunə haqqından başqa heç bir gizli və əlavə xərc yoxdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.