Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Rusiyadan bu məhsulun idxalında ilk üçlükdə – 8 ayda 800 min dollarlıq alış

Baxış: 54
Azərbaycan Rusiyadan bu məhsulun idxalında ilk üçlükdə – 8 ayda 800 min dollarlıq alış


Azərbaycan Rusiyadan hazır şorba və bulyon alan əsas ölkələr sırasına daxil olub.

 2026-cı ilin yanvar-avqust aylarında Rusiya xarici bazarlara 2,8 min tondan çox hazır şorba və bulyon ixrac edib. İxracın ümumi dəyəri 8 milyon dolları ötüb. Məlumat Rusiya Kənd Təsərrüfatı Nazirliyinin “Aqroeksport” mərkəzinin hesablamalarına əsaslanır.

Rusiyadan bu məhsulların ən böyük alıcısı Qazaxıstan olub. Qazaxıstanın idxalının dəyəri 2,5 milyon dolları keçib. İkinci yerdə 2,2 milyon dollardan çox alışla Belarus, üçüncü yerdə isə 800 min dollardan artıq göstərici ilə Azərbaycan qərarlaşıb. İlk beşliyə həmçinin 700 min dollardan çox alışla Özbəkistan və təxminən 400 min dollarla Gürcüstan daxil olub.

Müqayisə üçün, 2025-ci ilin yekununda Rusiya təxminən 6 min ton hazır şorba və bulyon ixrac etmiş, həmin ixracın dəyəri 16 milyon dollara yaxın olmuşdu. 2026-cı ilin ilk səkkiz ayına dair göstəricilər isə Avrasiya İqtisadi İttifaqı ölkələrinin iyul və avqust ayları üzrə məlumatları nəzərə alınmadan hesablanıb.

Azərbaycan ümumilikdə də Rusiyanın ərzaq və kənd təsərrüfatı məhsullarının mühüm satış bazarlarından biridir. Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyevin 2026-cı ilin iyununda açıqladığı məlumata görə, Rusiyadan Azərbaycana kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı orta hesabla ildə 800 milyon dollar təşkil edir.

Eyni zamanda, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana ümumi mal idxalının dəyəri 1,57 milyard dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz azalıb. Rusiya Azərbaycanın ümumi idxalının 13,75 faizini təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.