Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir

Baxış: 126
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir


Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ağdam Cümə məscidində keçirilən Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransla əlaqədar tədbirdə deyib.

O bildirib ki, Qarabağda məscidlər çoxdur, amma Ağdam Cümə məscidi "şəhid məscidi"dir. Birinci Qarabağ müharibəsində bu məsciddə bir çox şəhidin dəfnində iştirak edib:

"Ağdam Cümə məscidinin divarlarında neçə ananın naləsi var. Bəzən şəhidlərin nəşini analarına, ailələrinə göstərə bilmirdik. Çox ağır zamanlar idi".

QMİ sədri söyləyib ki, Birinci Qarabağ Müharibəsində və erməni işğalı dövründə Ağdam Cümə məscidi və Qarabağdakı digər məscidlər təhqir ediləndə müsəlmanlar dəstək olmadılar:

"Bizə qardaş, dost deyən insanlar ana harayına gəlmədilər, səsimizi eşitmədilər. Buna çox təəssüf edirəm.

Qarabağ indi yenidən qurulur, dini ibadət yerləri də bərpa edilir, yeni məscidlər tikilir. Biz ötən gün dövlət başçısı ilə görüşümüzdə Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfransın davamını Ağdam Cümə məscidində keçirəcəyimizi deyəndə ona da təsir etdi.

Hesab edirəm ki, Ali Baş Komandanın, Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.