Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazirlik bu işçilərlə bağlı vacib məlumat yaydı - XƏBƏRDARLIQ ETDİ

Baxış: 72
Nazirlik bu işçilərlə bağlı vacib məlumat yaydı - XƏBƏRDARLIQ ETDİ


Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi onların əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, işçi əmək müqaviləsi ilə çalışdıqda qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq, sosial sığorta sistemində iştirak edərək gələcək pensiya hüququna malik olmaq, sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq, ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadə etmək, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq, icbari tibbi sığorta, işsizlikdən sığorta, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq və s. hüquqlara sahib olur.

“Əmək müqaviləsi ilə işləməyən işçi isə qeyd olunan əmək və gələcək pensiya hüquqlarından məhrum olur. Əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində işçi və işəgötürən tərəfindən e-qaydada imzalandıqda hüquqi qüvvəyə minir”, - nazirliyin məlumatında vurğulanıb. 

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust - 21 sentyabr tarixləri “Sülh Aylığı” elan edilib. Bununla bağlı edilən müraciətdə insan hüquqlarının müdafiəsinə, hüquqi maarifləndirməyə, ictimai həmrəyliyin və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş hər bir təşəbbüs davamlı sülhə qoyulan sərmayə olduğu bildirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.