Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda pensiyalar bu TARİXDƏ ARTIRILACAQ

Baxış: 81
Azərbaycanda pensiyalar bu TARİXDƏ ARTIRILACAQ


“Rəsmi statistikaya əsasən, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği 10.5 faiz artaraq 594 manata çatıb. Bu məbləğ orta aylıq əmək haqqının 51 faizi deməkdir”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O deyib ki, həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10.2, əlilliyə görə 10.5, ailə başçısını itirməyə görə isə 10.3 faiz artıb.

“Pensiyaların orta məbləğindəki artım daha çox bu ilin yanvarından bütün növ əmək pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu isə orta pensiya məbləğinə təsir göstərib.

“Əmək pensiyaları haqqında” qanuna əsasən, bütün növ əmək pensiyalarını növbəti dəfə indeksləşdirilərək artırılması gələn yanvarında reallaşcaq. Bu zaman 2026-cı ildəki orta aylıq əmək haqqındakı rəsmi artım faizinə uyğun olaraq pensiyalar da artırılacaq. Pensiya artımları bir milyon yüz min vətəndaşımızı əhatə edir”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.