Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səfirimiz etimadnaməsi ilə bərabər bu kitabı da prezidentə verdi

Baxış: 153
Səfirimiz etimadnaməsi ilə bərabər bu kitabı da prezidentə verdi


Azərbaycan Respublikasının Kosta Rikada yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev etimadnaməsini Kosta Rika Respublikasının Prezidenti Laura Fernandesə təqdim edib.

Bu barədə Kosta Rikadakı səfirlikdən məlumat verilib.

Bildirilib ki, səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını Kosta Rika Prezidentinə çatdırıb. Prezident Laura Fernandes təşəkkürünü ifadə edərək, səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüş zamanı səfir regionda baş verən son geosiyasi proseslər və formalaşmaqda olan yeni reallıqlar fonunda Azərbaycanın artan rolu, ölkənin iqtisadi potensialı və əlverişli investisiya mühiti barədə Prezident Laura Fernandesi məlumatlandırıb. Həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunmuş mühüm irəliləyişlər barədə məlumat verib.

Prezident Laura Fernandes Azərbaycan ilə Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O, prezidentlik müddəti ərzində Kosta Rika ilə Azərbaycan arasında mövcud dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinə hazır olduğunu bildirib. Kosta Rika Prezidenti Azərbaycan səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Heydər Əliyev Fondu tərəfindən nəşr etdirilmiş “Azərbaycan. Təbiətin sehrində” kitabını Prezident Laura Fernandesə təqdim edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.