Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu şəxslərin pensiyası yenidən artacaq

Baxış: 144
Bu şəxslərin pensiyası yenidən artacaq


"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Baku.ws"ə bildirib.

Deputat əlavə edib ki, vətəndaş pensiya yaşına çatdıqdan sonra işləməyə davam edirsə, onun topladığı pensiya kapitalı müəyyən müddətdən sonra yenidən hesablanır:

"Belə vətəndaşların pensiya məbləği altı ildən bir artırılır. Bu səbəbdən 2026-cı ildə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərək altı illik müddəti tamamlayan şəxslərin pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq yenidən hesablanacaq.

Digər pensiyaçılara gəldikdə isə onların pensiyalarının artımı fərqli mexanizm əsasında həyata keçirilir. Əmək pensiyaları hər il orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir.

Növbəti indeksləşdirmənin faizi 2026-cı il üzrə orta aylıq əməkhaqqının artım göstəricisi məlum olduqdan sonra müəyyənləşdiriləcək. Bununla bağlı qərarın 2027-ci ilin əvvəlində qəbul edilməsi və artımın yanvar ayından hesablanması gözlənilir.

Beləliklə, 2026-cı ildə altı illik əmək fəaliyyətini tamamlayan işləyən pensiyaçılar üçün nəzərdə tutulan artım fərdi pensiya kapitalının yenidən hesablanması ilə bağlıdır. Digər pensiyaçılar üçün isə növbəti ümumi artım 2026-cı ildə əməkhaqqının artım göstəricisinə əsasən müəyyən ediləcək və 2027-ci ilin yanvarından tətbiq olunacaq.

Bu səbəbdən bütün pensiyaçılara eyni vaxtda və eyni mexanizmlə əlavə artım ediləcəyi fikri düzgün deyil. Artımın növü və vaxtı vətəndaşın pensiya statusundan və əmək fəaliyyətini davam etdirib-etdirməməsindən asılı olacaq".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.