Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xəbəri olmadan adına üç şirkət açılıb, yarım milyon manatdan çox borcu yaranıb - VİDEO

Baxış: 126
Xəbəri olmadan adına üç şirkət açılıb, yarım milyon manatdan çox borcu yaranıb - VİDEO


Qazax rayonunun Birinci Şıxlı kənd sakini Zahid Cəlilov adına üç şirkət açıldığını və nəticədə yarım milyondan çox vergi borcunun yarandığını iddia edir.
 Xəzər TV xəbər verir ki, Zahid Cəlilovun sözlərinə görə, 2018-ci ildə onu aldadaraq birlikdə işləmək vədi ilə adına VÖEN alınıb və üç şirkət təsis edilib.
Zahid Cəlilovla yanaşı, onun iki qardaşının da bu işə cəlb edildiyi bildirilir.

Hazırda vətəndaş iddia edir ki, onu aldadan şəxs dünyasını dəyişib. Zahid Cəlilovun adına isə üç şirkət və yarım milyondan çox vergi borcu yaranıb. O, bir neçə ildir aidiyyəti qurumlara müraciət etsə də, problemin həll olunmadığını bildirir.

Hüquqşünaslar isə bildirirlər ki, dələduzluqda ittiham olunan şəxs vəfat etdikdə belə, aldadılan şəxs dələduzluqla üzləşdiyini hüquq-mühafizə orqanlarına verdiyi izahatlarla sübuta yetirərsə, problemin hüquqi müstəvidə məhkəmə qaydasında həlli mümkündür.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vətəndaşları ayıq olmağa, etibarnamələrin məzmunu ilə daha ətraflı tanış olmağa və şəxsi məlumatlarını üçüncü şəxslərə etibar edərkən maksimum ehtiyatlı davranmağa çağırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.