Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Sosial layihələr” müsabiqəsi çərçivəsində audio-hekayələr yaradılıb

Baxış: 352
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib olan “1001 səsli hekayə” layihəsinin audio-hekayələrinin təqdimatı keçirilib. 
Dünya Kitab və Müəlliflik Hüququ Günü ərəfəsində Bakı Kitab Mərkəzində təşkil edilən tədbirə Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Regional İnkişaf” İctimai Birliyi, Firidun bəy Köçərili adına Respublika Uşaq Kitabxanası və Bakı Kitab Mərkəzinin nümayəndələri, layihə iştirakçıları qatılıblar.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin tərəfindən həyata keçirilən layihə çərçivəsində peşəkar qiraətçilər yerli yazıçılarla yanaşı, dünyanın bir çox ölkələrindən olan müəlliflərin seçilmiş hekayələrini Azərbaycan dilində səsləndiriblər. Məzmunu və yaş aralığı ilk olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən müsbət qiymətləndirilən hekayələr, daha sonra “Youtube” kanalında yerləşdirilmişdir. 
Qeyd edək ki, layihənin məqsədi uşaqlar və gənclər üçün (xüsusilə görmə imkanları məhdud olan) elektron kitabxana yaratmaqdır.





















Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.